Millimiz Premyer Liqa klubu ilə heç-heçə etdi

Sportarena.az      24 Mart 2018, 00:59

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət yığmamız bu gün yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, Milan Obradoviçin başçılıq etdiyi kollektiv "Səbail"lə qarşılaşıb. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılan matçda heç-heçə qeydə alınıb - 1:1. Görüşdə hesabı 8-ci dəqiqədə Ruslan Qurbanovun qolu ilə Premyer Liqa təmsilçisi açıb. Yığmamızın bərabərlik qolunu isə 20-ci dəqiqədə Fərid Nəbiyev vurub.

 

Qeyd edək ki, millimiz növbəti yoxlama oyununu martın 26-da birinci divizionun lideri MOİK-ə qarşı keçirəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin