"Xorvatiyanın Azərbaycanı udması heç nəyi dəyişmir" - Qaret Beyldən AÇIQLAMA

Sportarena.az      24 Mart 2018, 14:12

Uels millisinin futbolçusu Qaret Beyl "AVRO-2020"nin seçmə mərhələsindən danışıb. 

 

Sportarena.az xəbər verir ki, millimizin də yer aldığı E qrupunda mübarizə aparacaq komandanın lideri iddialı açıqlamalar verib.

 

"Real”ın hücumçusu seçmə mərhələni lider kimi başa vurmaq istədiklərini bildirib: "Seçmə mərhələni lider kimi başa vurmaq istəyirik. Bizə problem yaradacaq səbəb  görmürəm. Adətən bizi uğursuz adlandırırlar. Amma bukmekerlər heç də həmişə düzgün olmur. Hədəfimiz seçmə mərhələni qrup lideri kimi başa vurmaqdı. Bəli, Slovakiya və Xorvatiya artıq ilk qələbələrini qazanıblar. Amma bu, heç nəyi dəyişmir. Asan qrupda deyilik, böyük turnirlərə çıxmaq çətindir. Lakin biz buna hazırıq”. 

 

Qeyd edək ki, Xorvatiya ilk turda millimizi məğlub edib (2:1). Uels isə bu gün seçmə mərhələdə ilk oyununa çıxacaq. Rayan Giqqzin komandası evdə Slovakiya ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin