“Baş məşqçi dəyişikliyi Azərbaycana ciddi təsir göstərməyib” - AÇIQLAMA

Sportarena.az      25 Mart 2018, 02:45

Litva millisinin baş məşqçisi Valdas Urbonas Azərbaycan yığması ilə yoldaşlıq oyunu öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, o, əvvəlcə növbəti matçla bağlı fikirlərini bildirib:

 

- Bakıda olmaq bizim üçün çox xoşdu. Bizi yaxşı qarşıladılar. Yolumuz uzun olduğu üçün yorğunluq var, amma oyuna ciddi hazırlaşmışıq. Hər iki komanda AVRO-2020-nin seçmə mərhələsinə məğlubiyyətlə başladı. Azərbaycanın Xorvatiya ilə oyununa baxmışam. Təşkilatı baxımdan və mübarizə cəhətdən çox xoşuma gəldi. Azacıq çatışmadı ki, pozitiv nəticə əldə etsinlər. Amma daha çox diqqəti öz oyunumuza yönəldəcəyik. Xüsusilə xətlərarası əlaqə üzərində çalışacağıq. Azərbaycan millisinin Millətlər Liqası oyunlarını da izləmişdim. Komanda yaxşı futbol göstərirdi. Baş məşqçi dəyişikliyi onlara ciddi təsir göstərməyib. Azərbaycan ayrı-ayrılıqda yaxşı futbolçulardan təşkil olunmuş komandadı.

 

- Azərbaycandan fərqli olaraq siz “cırtdan” ölkəyə məğlub olduz. Bu, komandaya mənfi təsir etməyib ki?

- İndi dünyada və Avropada hamı futbol oynamağı bacarır. Ölkələrin adına baxaraq, futbol keyfiyyəti baxımından danışmaq asan deyil. Lüksemburqu zəif adlandırmazdım. Aydındı ki, Azərbaycan dünya ikincisinə qarşı oynadı. İstənilən halda, biz yalnız dünya çempionu ilə qarşılaşmış olsaq, bu gün rahat olardım.

 

- Azərbaycan millisinin son oyununda hansı futbolçu diqqətinizi çəkdi?

- Ümumilikdə komandanı fərqləndirərdim. Təbii ki, qol vuran futbolçu daha çox diqqət mərkəzinə düşə bilər. Amma həm müdafiə planında oyun, həm də əks-hücumların təşkilində Azərbaycan millisini fərqləndirmək olar.

 

Litva millisinin futbolçusu Fyodr Çernix də Azərbaycan yığması ilə yoldaşlıq oyunu öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, matçla bağlı fikirlərini bildirib: 

- Azərbaycan yaxşı futbolçulardan təşkil olunub. Matça hazırlaşırıq. Yaxşı oyun olacağına ümid edirik.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin