Çempion Ramil Hacıyevin qardaşı dəhşətli qəzada öldü - VİDEO

Sportarena.az      26 Mart 2018, 01:08

Ukraynanın Odessa şəhərində “BMW” markalı avtomobil Qaqarin prospektində idarəetməni itirərək park edilmiş “Hyundai Sonata”yla toqquşub və elektrik dirəyinə çırpılıb.

 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nəticədə “BMW”nin 33 yaşlı qadın sərnişini hadisə yerində, 22 yaşlı Şamil Hacıyev isə xəstəxanada dünyasını dəyişib. Hadisə şahidlərinin sözlərinə görə, zərbənin gücündən avtomobil bir neçə dəfə havada fırlanıb və yanaraq hissələrə parçalanıb. Faktla bağlı cinayət işi açılıb.

 

Qeyd edək ki, Şamil Hacıyev sahibkar Qəzənfər Hacıyevin oğlu, boks üzrə dünya çempionu Ramil Hacıyevin qardaşıdır.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin