Şamil Hacıyevin törətdiyi dəhşətli qəzanın təfərrüatları: İKİSİ DƏ BİZNESMEN ÖVLADIDIR

05:17 26 Mart 2019

Ukraynanın Odessa şəhərində boks üzrə dünya çempionu Ramil Hacıyevin qardaşı Şamil Hacıyevin törətdiyi dəhşətli qəzanın təfərrüatları müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, hadisə gecə saatlarında Odessanın mərkəzində baş verib. 22 yaşlı Şamil Hacıyev iki avtomobillə yarışarkən idarəetməni itirib və avtomobili işıq dirəyinə çırpıb. 

 

Qəza nəticəsində Şamil Hacıyevin idarə etdiyi "BMW X-6” parçalanıb və yanmağa başlayıb. Qəzadan sonra həmyerlimiz və onun 33 yaşlı sərnişini Viktoriya Kravçenko xəstəxanaya aparılarkən yolda vəfat ediblər.

Şamil Hacıyev və qardaşı, çempion  Ramil Hacıyev biznesmen Qəzənfər Hacıyevin oğludu. Qəzada həlak olan Viktoriya Kravçenkonun atasının da Odessada tanınmış biznesmenlərdən olduğu deyilir. 


Digər xəbərlər

Xəbər xətti