Ansi Aqolli rəsmən ABŞ klubunda: "Çox həyəcanlıyam"

12:19 26 Mart 2019

Bir neçə gün öncə "Qarabağ"la vidalaşan Ansi Aqollinin "Nyu-York Kosmos"a keçidi rəsmiləşib.



Sportarena.az xəbər verir ki, bu barədə ABŞ klubunun rəsmi saytı məlumat yayıb. Albaniyalı futbolçu ilə müqavilə imzalandığ bildirilsə də, müddəti açıqlanmayıb.


Nyu-York təmsilçisinə keçidi ilə bağlı təəssüratlarını bölüşən 36 yaşlı alban müdafiəçi belə deyib: "Burada özümü çox rahat hiss edirəm. Paltardəyişmə otağında bir ailə kimiyik. Çox həyəcanlıyam, səbirsizliklə oyunları və nəticə qazanmağımızı gözləyirəm. Albaniyada Amerika futbolu deyəndə ağla ilk olaraq "Kosmos" gəlir. Bu klubun ənənələrini bilirəm. Komandaya kömək etmək və həminənənələri qorumaq üçün mümkün olan hər şeyi edəcəyəm".
 

Aqollinin transferi ilə bağlı danışan klubun vitse-prezidenti Co Barone onun təcrübəsinin komandaya xeyir verə biləcəyini bildirib: "İnanılmaz dərəcədə şadıq ki, Ansi bu mövsüm bizimlə olacaq. Onun təcrübəsi hər şeydən xəbər verir. Hiss edirik ki,Aqolli təkcəbacarığı ilə deyil, həm də təcrübəsi ilə gənc futbolçulara yaxşı nümunə olacaq".
 

"Kosmos" klubunun baş məşqçisi Karlos Mendes isə Ansinin qazandığı uğurlara baxmayaraq, hələ də işinə peşəkar yanaşdığını söyləyib: "Burada keçirdiyi bir neçə məşqdən sonra onun səviyyəsi açıq-aşkar göründü. Bu mövsüm Aqollini izləmək azarkeşlərimizin xoşuna gələcək. Qazandığı nailiyyətlərə baxmayaraq, Ansi ciddi oyunçudur. Hər gün məşqlərdə çox çalışır".
 

Qeyd edək ki, Aqolli 2010-2019-cu illər aralığında "Qarabağ"ın uğurları üçün tər töküb.


Digər xəbərlər

Xəbər xətti