"Qəbələ" yoxlama oyununda "Sumqayıt"ı məğlub etdi - VİDEO

16:00 26 Mart 2019

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədə hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama görüşü keçirib.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” “Sumqayıt”la qarşılaşıb. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən oyunda "Qəbələ" 2:1 hesabı ilə qalib gəlib.

 

 

“Qəbələ” – “Sumqayıt” - 2:1
Qollar: Asif Məmmədov, 35, Rauf Əliyev, 50 - Elvin Məmmədov, 12

 

 


Digər xəbərlər

Xəbər xətti