Konor Makqreqor karyerasını bitirdi

14:30 26 Mart 2019

Qarışıq döyüş növləri üzrə irlandiyalı idmançı Konor Makqreqor karyerasını başa vurduğunu açıqlayıb.



Sportarena.az xəbər verir ki, o, bu barədə o, şəxsi "Tvitter" hesabında yazıb:
 

"Uşaqlar, təcili elan. Bu gün mən qarışıq döyüş sənəti kimi tanınan idman növündən getməyə qərar verdim. Bütün keçmiş həmkarlarıma uğurlar arzu edirəm və artıq təqaüdə çıxıram".
 

Qeyd edək ki, Konor son döyüşündə rusiyalı döyüşçü Həbib Nurməhəmmədova uduzub.


Xəbər xətti