"Real" üçün ən doğru seçim Zidan idi" - Mourinyo

15:00 26 Mart 2019

“Real”ın sabiq baş məşqçisi Joze Mourinyo Madrid təmsilçisinin hazırkı çalışdırıcısı Zinəddin Zidan barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Real” üçün ən doğru seçimin məhz Zidan olduğunu bildirib:

 

“Zidan qısa müddət ərzində daha əvvəl heç kimin əldə etmədiyi nəticəni qazandı. Ardıcıl 3 dəfə Çempionlar Liqasını qazanmaq böyük uğurdur. İndi isə karyerasında yeni addım atır. Bir komanda qurub, seçimlərini etməli, öz fəlsəfəsini irəli sürməlidir. Fikrimcə, “Real” üçün ən doğru seçim Zidan idi”.

 

Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illər arasında “Real”a rəhbərlik edib.


Digər xəbərlər

Xəbər xətti