Yakub Jezniçak "Qarabağ"dan gedə bilər: "Müqavilənin bitməsinə az qalmış....." - MÜSAHİBƏ

Sportarena.az      27 Mart 2018, 12:02

“Qarabağ”In polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı futbolçu “Qarabağ”dakı karyerasından və gələcək planlarından danışıb.

 

- Son oyunlarda ehtiyatda da olursunuz. Cari mövsümdəki çıxışınızı necə qiymətləndirirsiniz?

- Durum təkrarlanır. Ötən mövsüm də belə idi. Mövsümün ilk yarısında daha çox oynamışdım. Avrokuboklardan sonra daxili yarışlara köklənirik. Azərbaycanda meydana biri gənc və beş yerli futbolçu meydana çıxmalıdır. Buna görə də əcnəbilərə 5 yer qalır. Bu səbəbdən məşqçinin də hücum futbolunu sevdiyini nəzərə almaq lazımdır. Donald Gerye və mən müdafiə xəttində üç yerdən biri uğrunda çətin mübarizə aparırıq. Belə vəziyyətə hazır olduğumu deyə bilərəm. Bu barədə məni Çempionlar Liqası və Avropa Liqasında əsas heyətdə oynadan baş məşqçiylə danışmışam. Bundan əlavə, bu yaşdayam və və təcrübəmə görə emosiyalar az rol oynayır. Sakit qalıram, çünki bəzi şeylərə müdaxilə edə bilmirəm.

- Avrokuboklardan bəhs etdiniz. Yəqin ki, "Arsenal" və "Sportinq"ə qarşı oynamaq maraqlı macəra idi. 

- Son üç ildə cəzbedici rəqiblərlə üz-üzə gəldik. İlk olaraq, "Legiya"nın heyətində "Borussiya" və "Real"a qarşı unudulmaz oyunlar oldu. Daha sonra "Çelsi", "Roma" və "Atletiko" kimi rəqiblərlə qarşılaşdıq. Bu mövsüm isə Avropa Liqasında "Arsenal" və "Sportinq"ə qarşı oynamaq fenomenal oldu. Bunlar Avropanın zirvəsində olan klublardır. Şübhəsiz ki, nəvələrimə bu barədə danışacam və xatirələrimi vərəqləyəcəm. Xüsusilə də Çempionlar Liqasında oynamaq ən yüksək səviyyə idi.

- Əvvələr Azərbaycanda yaşamaqdan zövq aldığınızı deyirdiniz. Vəziyyət dəyişməyib?

- Yenə də yalnız üstünlüklərdən danışa bilərəm. Bu, Bakıda tez-tez çəkdirdiyim və sosial şəbəkələrə yerləşdirdiyim fotolardan bəlli olur. Məni sosial aləmdə izləyən insanlar Bakıda necə yaşadığımı görür. Əlbəttə, daha isti və günəş Polşadakından daha qızmardır. Üstəlik, sadə insanlarla tanış oluram. Mədəni fərqlər var, lakin bu elə də gözə çarpmır. İslam ölkədə dominantlıq edən dindir. Ancaq digər ölkələrdə olduğu kimi, ifrat dərəcədə deyil. Hətta üzlərini örtən qadınlar da yoxdur. Həm də şikayətlənə bilmərəm. Hər şeydən öncə sakit həyatım var. Demək olar ki, ömrümün yarısını keçirdiyim Varşavada çox insanla tanış olmuşam. Buna görə də tez-tez dostlarla görüşüb, harasa gedirdik. Ancaq transferdən sonra xanımımla qalxıb, qəhvə içməyə, rahat əyləşməyə, söhbət etməyə vaxt tapmaqla yüngül şok yaşadıq. Polşadakı kimi tələsik hərəkət etmirik. Bir az məzuniyyətdə olduğumu hiss edirəm. Məşqlərdən sonra vaxtımız olur.

- Mövsümün sonunda müqaviləniz başa çatır. Müqaviləni uzatmaq istəyirsiniz?

- Qərar vermək lazımdırsa, istərdim. Ancaq necə olacağını birgə görəcəyik. Burada müqavilələrin yenilənməsi Polşdan bir az fərqlidir. Müqavilənin bitməsinə az qalmış və bir müddət keçəndən sonra danışıqlar olur. Mövsümün sonunu gözləyirəm və nələr olacağını birgə görəcəyik. Bəlkə də fərqli, ekzotik ölkələrdən maraqlı təklliflər olacaq. Bunu da dəyərləndirə bilərəm.

- Polşa ekzotik ölkə deyil. Bəs "Legiya"dan təklif alsanız, nə düşünərsiniz?

- Hələ heç nə baş verməyib. Ona görə də edə biləcəyimiz bir şey yoxdur. "Legiya"nın güclü heyəti və yaxşı futbolçuları var. Təbii ki, detallar olsa, danışa bilərik. Ürəyim hər zaman bu klubla döyünəcək. Bu komandanın formasıyla meydanda can qoymuşam. Buna görə də "Legiya" qəlbimdə ilk sıradadır. Ancaq futbolçunun həyatı istədiyi yerdə oynamasıdır.

- Legioner olsanız da, uğurlarınızı artıra bilərsiniz.

- Əlbəttə. Keçmişə baxanda ölkə kubokda uğurlar qazanmadığımız üçün üzgünəm. Bir neçə dəfə kubok qazanmaq üçün oynadıq, alınmadı. Varşavada keçirdiyim anları xoş hisslər kimi xatırlayıram. "Legiya"nın matçlarını izləyəndə duyğulanıram. Qazanılan uğurlar və sevinc hissləri gözümün qabağından keçir. Bunlar hə zaman xoş hisslər kimi qalacaq.

- Donald Gerye, Dani Kintana və Simeon Slavçev kimi Polşada çıxış etmiş futbolçularla birgə oynayırsınız. Mövzunuzun olmamasından şikayət edə bilmərsiniz.

- Əlbəttə, Polşa Ekstraklasasının oyunları izləyirik. Polşada bir neçə aylıq maaşını almayan Slavçevlə də yaxşı münasibətim var. Ancaq söylədiyim kimi, onun üçün kiçik bir əskikdir. Komandalardan və liqadakı atmosferdən bəhs etmək gözəldir. Bundan əlavə, Dani və Gerrye polşalı xanımlarla ailə həyatı qurublar.

- 32 yaşınız var. Milli komanda barədə düşünürsünüz?

- Bu barədə düşünmürəm. Oynayıram, öz işimi görürəm. Ancaq Polşa millisində müdafiə xəttinin yaxşı şəkildə olduğunu düşünürəm. Kamil Qlik, Yan Bednarek var və Mixal Pazdan da geri döndü. Türkiyə və Polşa çempionatı Azərbaycan liqasından daha güclüdür. Hazırda "Ərzurumspor"da oynayan "Qarabağ"dakı sabiq komanda yoldaşım İbrahim Şehiçlə danışıram. O, Pazdanın "Ankaragücü"ndə yaxşı işlər gördüyünü qeyd edir. Bu anda millidə 3 mərkəz müdafiəçisinin olması kifayət edər.

- Polşada "Legiya" və "Lexiya", Azərbaycan "Neftçi" və "Qarabağ" çempionluq uğrunda mübarizə aparır. Şansları necə dəyərləndirirsiniz?

- Polşada hədəfə çatmaq üçün legionerlərə güvənirəm. Azərbaycan liqasına gəlincə, biz "Neftçi"dən daha yaxşı heyətə sahibik. Bəli, bu mövsüm yaxşı oynayırlar, maraqlı futbolçuları var. Ancaq önümüzdə hələ bir neçə tur qalıb. Çempionatın son turunda "Qarabağ" və "Neftçi" qarşılaşacaq. Çempionluq matçının olacağını düşünürəm. Ölkə kubokunda da mübarizə aparırıq. "Dubl" etmək istədiyimizi gizlədə bilmərəm.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin