Ronaldonun sevgilisi bir paylaşımla iki ölkəni qarışdırdı - FOTOLAR

15:45 27 Mart 2019

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigesin Madrid Zooparkında çəkdirdiyi foto müzakirələrə səbəb olub.

 

Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, Madriddə zooparkı ziyarət edən və fotolar paylaşan Corcina yer olaraq Turini işarələyib. Amma İspaniya mətbuatı əslində fotonun Madrid Zooparkında çəkildiyini müəyyənləşdirib.

 

Uşaqları ilə zooparkda əyləncəli zaman keçirən Rodrigesin bir fotosu isə qalmaqala səbəb olub. Belə ki, o, qoruyucu xətti keçərək zebr və zürafələrin ərazisinə daxil olub. Onun qadağan olunmuş əraziyə kimdən icazə alıb daxil olması İspaniya və İtaliyada müzakirələrə səbəb olub.

  

"Mediaset" proqramı Corcinanın qoruyucu səddi qanunsuz olaraq gizli şəkildə keçdiyi iddia edilib. Ronaldonun sevgilisi isə "Instagram"dan paylaşım edərək Madrid Zooparkı rəhbərliyini qoruyucu xətti keçməsi ilə bağlı xəbəri mətbuata sızdırmaqda günahlandırıb və bir daha bu zooparka getməyəcəyini bildirib.



Digər xəbərlər

Xəbər xətti