AFFA əslində Yurçeviçi yox, onu istəyirdi, amma...

16:10 27 Mart 2019

Fevralın 7-də Kolumbiya yığmasının yeni baş məşqçisi rəsmən açıqlandı - bu posta Karlos Keyroş gətirildi.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Cənubi Amerika təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.Keyroş məşqçilik karyerası ərzində Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika Respublikası yığmasına da rəhbərlik edib.Son dünya çempionatında İran yığmasının sükanı arxas"nda olan 66 yaşlı çalışdırıcının adı bir müddət Azərbaycan millisi ilə də birgə hallanırdı.

 

AFFA Nikola Yurçeviçlə anlaşmamışdan qabaq onunla uzun sürən danışıqlar aparıb. Bu təyinatın baş tutmamasının gizlinləri barədə redaksiyamıza yeni və kifayət qədər maraqlı məlumat daxil olub.

 

Heç demə, AFFA-nın nümayəndəsi Keyruşla görüşmək üçün Portuqaliyaya səfər edib və bir neçə gün orda qalıb.

 

Vaxtilə "Mançester Yunayted"i çalışdırmış mütəxəssis federasiyanın qarşısına qoyduğu tələbi məqbul hesab edib.

 

O, millimizi Avro-2020-nin seçmə mərhələsində qrup ikincisi etməyə söz verib. Gəl ki, bunun qarşılığında istədiyi müqavilə şərtini yerinə yetirmək AFFA-nın büdcəsini aşıb.

 

Belə ki, o, Azərbaycana gəlmək üçün nə az, nə çox, düz 5 milyon avo istəyib. (sportinfo.az)


Xəbər xətti