"Sumqayıt" türkiyəli mütəxəssislə müqavilə imzaladı

15:45 28 Mart 2019

“Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsinə yeni təyinat olub. 

 

Sportarena.az xəbər verir ki, bu vəzifəni Hakan Sünal icra edəcək.Bununla əlaqədar olaraq, mart 29-u saat 13:00-da “Kapital Bank Arena”nın mətbuat konfransı zalında təqdimat mərasimi keçiriləcək. 

 

Son olaraq Almaniyanın “FSV Frankfurt” klubunun U-19 komandasının baş məşqçisi və U-16 – U-19 arası yaş qruplarının koordinatoru vəzifəsində çalışan Hakan Sünal “Ayntraxt Frankfurt”, “SG Rosenhöhe”, “SpVgg Oberroad 05” kimi klublarda məşqçilik fəaliyyəti ilə məşğul olub. 

 

Qeyd edək ki, 39 yaşlı mütəxəssis həmçinin “M5 Sports” futbol məktəbinin yaradıcısı və sahibi olub.


Digər xəbərlər

Xəbər xətti