Sulşerin maaşı məlum oldu - Premyer Liqa tarixində üçüncüdür

10:30 29 Mart 2019

“Mançester Yunayted”in 3 illik rəsmi müqavilə imzaladığı Ole-Qunnar Sulşerə verəcəyi maaş məlum olub.

 

Sportarena.az xəbər verir ki, “The Sun” nəşri 46 yaşlı mütəxəssisin illik 7,5 milyon funt-sterlinq alacağını yazıb.Bu, klub tarixində baş məşqçiyə veriləcək ikinci, Premyer Liqa tarixində isə üçüncü ən yüksək maaşdır.

 

Qeyd edək ki, bir neçə ay öncə qovulan Joze Mourinyo MY tarixində ən çox (15 milyon funt-sterlinq) qazanan məşqçi olub.

 

Hazırda “Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiolanın maaşı da 15 milyon funt-sterlinqdir.


Digər xəbərlər

Xəbər xətti