“Real”ın 500 milyonluq planı

13:26 29 Mart 2019

Uğursuz mövsüm keçirən İspaniyanın “Real” klubu yayda heyətdə dəyişikliklə edəcək.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi böyük transferlərə hazırlaşır. “Kral klubu” Kilian Mbappe (PSJ), Pol Poqba (“Mançester Yunayted”) və Eden Hazard (“Çelsi”) transferləri üçün 500 milyon avro büdcə ayırıb. Məlumata görə, "Real" bu üç transferi bitirməkdə israrlıdır. Futbolçuların Zinəddin Zidan fanatı olmaları işi bir qədər rahatlaşdırır.
 

İspaniyanın “Marca” nəşri PSJ-nin heç bir məbləğ qarşılığında Kilian Mbappeni satmayacağını yazıb.


Digər xəbərlər

Xəbər xətti