“Ronaldonun transferi ilə çox gücləndilər” - Messi

00:24 30 Mart 2019

“Barselona”nın ulduzu Lionel Messi Çempionlar Liqasında “Yuventus”un çıxışını şərh edib.

 

Sportarena.az xəbər verir ki, argentinalı hücumçu Kriştiano Ronaldonun transferindən sonra “Yuventus”un çox gücləndiyini bildirib:

 

““Yuventus”a çox hörmət edirəm. Heyətində çox güclü oyunçular var. “Atletiko Madrid”i məğlub edərək Çempionlar Liqasını qazanmaq yolunda böyük addım atdılar. Ümid edirəm biz də turnirin favoritlərindən biri olarıq”.

 

Qeyd edək ki, ÇL-nin ¼ finalında “Barselona” “Mançester Yunayted”lə, “Yuventus” isə “Ayaks”la qarşılaşacaq.


Xəbər xətti