"Qarabağ"ın sabiq prezidenti klubun düşərgəsində - FOTOLAR

00:50 30 Mart 2019

"Qarabağ"ın sabiq prezidentlərindən olan Yunus İldırımzadə Ağdam təmsilçisinin bazasını ziyarət edib.

 

Sportarena.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komandanın məşqini izləyən İldırımzadə baş məşqçi Qurban Qurbanov və futbolçularla görüşüb, onlara uğurlar arzulayıb.

 

Qeyd edək ki, hazırda "Əmrah Bank"a rəhbərlik edən Y.İldırımzadə 1990-cı illərin sonlarında "Qarabağ"ın prezidenti olub.



Digər xəbərlər

Xəbər xətti