Ramil Şeydayev oynadı, amma qol vura bilmədi

02:00 30 Mart 2019

Rusiya Premyer Liqasında XXI tura start verilib.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov” doğma meydanda Tula "Arsenal"ı ilə qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Ramil Şeydayev 73-cü dəqiqədə meydana daxil olub. Rusiya  Premyer Liqasının ardıcıl 3 matçında və ardınca millinin Xorvatiya ilə oyununda qol vuran futbolçumuz bu dəfə fərqlənə bilməyib.

 

Qeyd edək ki, "Krılya Sovetov” hazırda  24 xalla 11-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti