"Zirə" - "Səbail"ə uduzdu, "Neftçi" qalib gəldi - YENİLƏNİB

20:47 30 Mart 2019

Bu gün Topaz Premyer Liqasında sonuncu - IV dövrəyə start veriləcək.

 

Sportarena.az xəbər verir ki, milli komandaların oyunlarına görə yaranmış fasilədən sonra başlayacaq XXII turun ilk günündə iki qarşılaşma baş tutacaq. Hər iki görüş Bakıda keçiriləcək. Açılış matçında "Zirə" "Səbail"i qəbul edəcək.Günün digər oyunu "ASK Arena"da təşkil olunacaq.

 

Qeyd edək ki, 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar turun qalan iki oyunu aprelin 1-də keçiriləcək. "Qəbələ" "Sabah"ı, "Sumqayıt" isə "Qarabağ"ı qəbul edəcək.

 

 

Premyer Liqa

2018/19 mövsümü

IV dövrə, XII tur

 

30 mart

16.00 Zirə - Səbail  1-2 

Qollar: A.Ramazanov, 41, S.Rodrigez,69, Ş.Rəhimov, 90+4

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Namiq Bəkirov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Zirə İdman Kompleksinin stadionu.

 

18.30 Keşlə - Neftçi  0-1

Qol: E.Mahmudov,79(pen)

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Rəşad Əhmədov.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Elbrus Abbasov.

"ASK Arena".


Digər xəbərlər

Xəbər xətti