"Səbail" Essyenə şəhərin elə yerində ev kirayələdi ki…

13:40 30 Mart 2019

“Səbail” bir neçə gün öncə Maykl Essyenlə münasibətlərini rəsmiləşdirdi.

 

Sportarena.az xəbər verir ki, Qanalı yarımmüdafiəçi ilə 15 aylıq müqavilə imzalandı. “Dənizçilər” afrikalı keçmiş ulduzu PFL-də qeydiyyatdan keçirib və qarşıdakı oyunlarda yeni komandasına kömək edə biləcək. O, paytaxt təmsilçisinin heyətində 6 nömrəli formada çıxış edəcək. 

 

“Səbail”in Essyenin Bakıda super həyat yaşaması üçün hər cür şərait yaradıb. Ona şəhərin mərkəzində – “Port Baku”da mənzil kirayələnib.

 

Bura paytaxtımızın ən bahalı məkanı sayılır. “Port Baku”da evin aylıq icarə haqqı 5000 manatdı. (sportinfo.az)


Xəbər xətti