İngiltərədə Premyer Liqanı tərk edən ilk klub müəyənləşdi

14:15 31 Mart 2019

Mövsümün sonunda İngiltərə Premyer Liqasını tərk edəcək ilk klub müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, XXXII turda səfərdə "Kristal Pelas”a 0:2 hesabı ilə yenilən "Haddersfild”in növbəti mövsümü "Çempionşip"də keçirəcəyi rəsmiləşib.

 

32 turda aktivinə 14 xal yazan komanda son pillədə qərarlaşıb və sona 6 tur qalmış 17-ci pillədəki "Börnli”dən 19 xal geri qalır. 18-ci pillədə qərarlaşan "Kardiff Siti"nin 28, 19-cu yeri tutan "Fulhem"in 17 xalı var.


Digər xəbərlər

Xəbər xətti