"Barselona" iki ulduzunu itirir

10:55 1 Aprel 2019

İtaliyanın "İnter" klubu İspaniya "Barselona"sının futbolçuları ilə maraqlanır.

 

Sportarena.az xəbər verir ki, Milan klubu İvan Rakitiç və Arturo Vidalı transfer etmək niyyətindədir.Məlumata görə, "İnter"in idman direktoru Pyero Ausilio "Barselona"lı həmkarı Erik Abidalla Fransada görüşərək danışıqlar aparıb. Bu iki transfer “İnter”ə, ümumilikdə, 85 milyon avroya başa gələcək.

 

Qeyd edək ki, Rakitiç 2014, Vidal isə 2018-ci ildən etibarən "Barselona" forması geyinir.


Digər xəbərlər

Xəbər xətti