"Saçıma və saqqalıma görə məni terrorçu zənn etdilər" - "Xəzər Lənkəran”ın sabiq futbolçusu

11:38 1 Aprel 2019

"Xəzər Lənkəran”ın sabiq futbolçusu Kristian Kabral Azərbaycanda çıxış etdiyi vaxt xoşagəlməz hadisə ilə üzləşib. 

 

Sportarena.az xəbər verir ki,40 yaşlı braziliyalı vətənində verdiyi müsahibədə 9 il əvvəl üzləşdiyi hadisədən danışıb.

 

Kabral bildirib ki, karyerası ərzində başına gələn ən qəribə hadisə  Almaniyada yaşanıb: "Xəzər Lənkəran” mövsümöncəsi hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirirdi. Mən Braziliyaya yollanırdım. Hər şey normal idi. Amma təyyarə Frankfurtda endi. Almaniyada olanda məni hava limanında saxladılar. Dindirmək üçün polis bölməsinə apardılar. Saçıma və saqqalıma görə məni terrorçu zənn etmişdilər”.

 

Qeyd edək ki, K.Kabral 2010/11 mövsümünün ilk yarısında "Xəzər Lənkəran”ın formasını geyinib. (ONA)


Digər xəbərlər

Xəbər xətti