"Qarabağ" və "Sumqayıt"dan şəhidlərin ruhuna ehtiram - FOTOLAR

19:11 1 Aprel 2019

Topaz Premyer Liqasının XXII turu çərçivəsində keçirilən "Sumqayıt” - "Qarabağ” matçından öncə futbolçular meydançaya "Aprel döyüşləri”ndə şəhid olan hərbiçilərimizin övladları ilə birgə çıxıblar.

 

Sportarena.az xəbər verir ki, futbolçuların üzərlərində "Şəhidlər ölməz, Vətən bölünməz” şüarının yazıldığı köynək olub.Start fitindən öncə şəhidlərimizin hamısının adı bir-bir anons edilib.

 

Qeyd edək ki, stadiona şəhidlərin ailələri də dəvət edilib.



Digər xəbərlər

Xəbər xətti