Qurban Qurbanov: "Bu hesab bizi aldatmamalıdı"

22:02 1 Aprel 2019

"Futbolçularımı təbrik edirəm. Həqiqətən istəkli idilər. Birinci hissə bir qədər çətin oldu. Bu hesab bizi aldatmamalıdır. Bunu futbolçulara da bildirdik".

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 22-ci turunda "Sumqayıt"ı səfərdə 6:0 hesabı ilə məğlub etdikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib. 47 yaşlı mütəxəssis komandasının çempionluq üçün istəkli olduğunu bildirib: 

 

"Belə oyunlar isə il ərzində az sayda olur. Futbolçularımız çempion olmağa istəklidirlər. Amma idmanda hər şey istədiyin kimi olmur. İşimiz növbəti matçlara hazırlaşmaqdır".

 

"Qarabağ"ın ölkə kubokunda da mübarizəni davam etdirdiyini xatırladan Qurbanov hər iki turnirin vacib olduğunu söyləyib: "Çempionluq üçün kuboku əldən vermək düşüncəsi heç vaxt olmayıb. İkisini də qazanmaq şansımız varsa, niyə yararlanmayaq"?


Digər xəbərlər

Xəbər xətti