“Sabah” hakimlərdən narazıdır, İntizam Komitəsinə şikayət edildi - VİDEO

14:40 2 Aprel 2019

"Sabah” Azərbaycan Premyer Liqasının XXII turunda "Qəbələ” ilə səfər oyunundakı (0:0) hakim idarəçiliyindən narazı qalıb. Premyer Liqanın debütantı qarşılaşmanın baş hakimi Rauf Cabbarovun qərarlarından AFFA İntizam Komitəsinə şikayət edib.

 

Sportarena.az xəbər verir ki, "Sabah” Coşqun Diniyevin sarı, Kərim Diniyevin isə qırmızı vərəqəsinin ləğv edilməsini istəyir. Klub hər iki cəzanın haqsız olduğu qənaətindədi.

 

Sözügedən qarşılaşmanın 67-ci dəqiqəsində Coşqun Diniyev rəqib cərimə meydançasında yerdə qalıb və oyunun baş hakimi Tauf Cabbarov simulyasiya etdiyini əsas gətirərək, onu sarı vərəqə ilə cəzalandırıb. Halbuku təkrarda "Qəbələ”nin futbolçusu Asif Məmmədovun Diniyevin ayağına zərbə endirdiyi və epizodun aşkar penalti olduğu görünür.

 

Oyunun 90+1 dəqiqəsində isə Kərim Diniyev ikinci sarı vərəqədən "qırmızı” ilə cəzalandırılıb və meydandan qovulub. Cabbarov onu topu kənara vurub, oyunun bərpasını ləngitdiyinə görə sanksiyaya məruz qoyub. Klub isə hesab edir ki, futbolçu topu meydanda olan ikinci top kimi kənara vurub. Üstəlik, daha əvvəl "Qəbələ” futbolçuları bir neçə dəfə eyni addımı atsa da, hakim bunlara analoji reaksiyanı göstərməyib.

 

"Sabah"ın narazı qaldığı epizodların videosunu təqdim edirik:

 

 


Digər xəbərlər

Xəbər xətti