“Real Madrid” 280 milyona onu alacaq - Klub prezidenti AÇIQLADI

10:52 3 Aprel 2019

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe İspaniya təmsilçisi “Real Madrid”ə keçəcək.

 

Sportarena.az xəbər verir ki, “Report”un “Mundo Deportivo”ya istinadən verdiyi məlumata görə, belə bir iddia ilə madridlilərin prezidenti Florentino Peres çıxış edib.Onun sözlərinə görə, Fransa yığmasının 21 yaşlı hücumçusu bu il də olmasa, gələn il “Kral klubu”na gələcək: “Mbappenin “Real Madrid”ə gələ biləcəyini düşünürəm. O, bunun üçün yetərincə yetkin biridir. Kilian daha böyüyə biləcək yaxşı oyunçudur. “Real Madrid”ə bu il gələ bilməsə, növbəti il bunu mütləq edəcək”.

 

Qeyd edək ki, Mbappenin PSJ ilə 2022-ci ilin iyuluna qədər müqaviləsi var. “Real Madrid”in onun üçün 280 milyon avro ödəməyə hazır olduğu deyilir.


Xəbər xətti