“İkinci evimdən ayrılmaq asan olmadı” - "Qarabağ"ın sabiq müdafiəçisi

11:18 3 Aprel 2019

“Qarabağ”dan ABŞ-ın “Nyu-York Kosmos” klubuna keçən Ansi Aqolli açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 36 yaşlı müdafiəçi yeni komandasına keçməsinin səbəbini açıqlayıb: “9 il formasını geyindiyim “Qarabağ”dan - ikinci evimdən ayrılmaq asan olmadı. Ailəm bir neçə ildir ABŞ-da - Nyu-Yorkda yaşayır. Bu variant onların yanında olmaq və sevdiyim işi davam etdirmək üçün yaxşı imkan yaratdı. Bundan başqa, “Kosmos” klubunun vitse-prezidenti Co Baronun əzmi və komanda ilə bağlı gələcək planları da mənim bura gəlməyimə təsir etdi. Bu, gələcəkdə mənə xidmət edəcək futbol dünyasına girməyim üçün yaxşı fürsət oldu”.

 

Aqolli “Kosmos” klubu ilə imzaladığı müqavilənin müddəti ilə bağlı məlumat versə də, digər detalları açıqlamayıb: “Müqaviləm 1 ili əhatə edəcək. Ümumilikdə, sözləşmə şərtlərindən razıyam. Məni bu təklifi düşünməyə və qəbul etməyə vadar edən bir çox səbəb var idi. Amma xahiş edirəm, detallar barədə soruşmayın. Menecerim bu yöndə böyük işlər gördü, ona təşəkkür etməliyəm”.


Xəbər xətti