Messi Ronaldonu GERİDƏ QOYDU

11:40 3 Aprel 2019

“Barselona”nın futbolçusu Lionel Messi La Liqada standart vəziyyətlərdən 81-ci qolunu vurub.

 

Sportarena.az xəbər verir ki, o, dünən La Liqanın 30-cu turunda “Vilyarreal”la matçda (4:4) komandasının bərabərlik qoluna imza atıb.Bununla argentinalı hücumçu standart vəziyyətdən vurduğu qolların sayını 81-ə (29-u cərimə zəribələri, 52-i penalti) çatdırıb. Beləliklə, Messi bu göstəricidə “Real”ın sabiq futbolçusu və hazırda “Yuventus”da çıxış edən Kriştianu Ronaldonu (80 qol) geridə qoyub.

 
Qeyd edək ki, Messi İspaniya çempionatında keçirdiyi 446 matçda 415 qol vurub, 238 qol ötürməsi verib.


Digər xəbərlər

Xəbər xətti