78 min avroluq hədiyyəyə görə istefaya göndərildi

Sportarena.az      3 Aprel 2018, 12:03

Almaniya Futbol Federasiyasının prezidenti Reynhard Qrindel istefaya göndərilib.

 

Sportarena.az xəbər verir ki, buna onun vəzifəsindən sui-istifadə etməsi səbəb olub.Bir müddət öncə Qrindelin Ukrayna Futbol Federasiyasının prezidenti Qriqori Surkisin ad günü münasibətilə ona hədiyyə etdiyi 78 min avroluq saatı qəbul etməsi narazılıqlara səbəb olmuşdu. Qaydalara görə, o, bu barədə ya yerli federasiyanı məlumatlandırmalı və ya həmin saatı qəbul etməməliydi. Ancaq bahalı hədiyyə aldığını gizlədən və bu səbəbdən yerli media tərəfindən ciddi tənqid və təzyiqlərlə üzləşən futbol funksioneri istefa verməli olub.

 
Qrindel 2016-cı ildən bu vəzifədə idi. İndi isə onu millinin sabiq oyunçusu Filipp Lamın əvəz etməsi gözlənilir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin