Messinin azərbaycanlı oxşarı tapıldı - VİDEO

14:00 3 Aprel 2019

Görənlər onu argentinalı futbol ulduzu Lionel Messiyə oxşadır. Lakin o, azərbaycanlı Röyal Ağamalıyevdir.

 

Sportarena.az xəbər verir ki, fiziki görkəmi etibarilə Messiyə oxşarlığı onu Azərbaycanda xeyli məşhurlaşdırıb. Hətta onu əsl Messi sanıb, onunla şəkil çəkdirənlər də olur.

 

Saç düzümü, saqqalı, üz cizgiləri, hətta boyu eynilə Messiyə bənzəyir. 30 yaşlı Röyal Ağamalıyev "Barselona" klubunun ulduzu Messiyə olan oxşarlığı ilə hər kəsin diqqətini çəkir.

 

Röyal peşəkar futbolçu olmasa da, futbola böyük marağı var. O deyir ki, topla çox məharətlə davranır. Elə ona görə də dostları ilə tez-tez futbol oynayır.

 

Azərbaycanlı Messinin ən böyük arzusu isə argentinalı oxşarı ilə görüşməkdir. Röyal sosial şəbəkə vasitəsilə Messi ilə əlaqə qurmağa da çalışıb.

 

Röyal özü futbolçu ola bilməsə də, gələcəkdə övladının peşəkar futbol ilə məşğul olmasını istəyir.

 

 


Digər xəbərlər

Xəbər xətti