"Real Madrid"in yeni möhtəşəm stadionu təqdim olundu - FOTOLAR

16:35 3 Aprel 2019

“Real Madrid” doğma stadionu olan “Santiyaqo Bernabeu” təmirə bağlanacaq.

 

Sportarena.az xəbər verir ki, təmir işlərinə bu mövsümün sonunda başlanacaq.Təmir işləri 2023-cü ildə yekunlaşacaq.

 

Stadionun bərpa layihəsini ictimaiyyətə “Real Madrid” klubunun prezidenti Florentino Peres və Madrid şəhərinin bələdiyyə sədri Manuela Karmena təqdim edib. Klub prezidenti stadionun yeni texnologiyalarla təchiz ediləcəyini və gələcəyin böyük rəqəmsal stadionu olacağını deyib:

 

“Gələcək bizdən müasir və öncül olmaqla yanaşı, yeni və güclü bir gəlir təmin edəcək stadion inşa etməyi istəyir. İnteraktiv bir muzeyin və 360 dərəcə rəqəmsal hesab tablosunun olacağı stadionda ən yaxşı texnologiyalardan istifadə edəcəyik. “Santiyaqo Bernabeu”nu dünyanın ən yaxşısı edəcəyik”.

 

Qeyd edək ki, “Santiyaqo Bernabeu” 1947-ci ildə istifadəyə verilib.

 

“Deloitte” maliyyə mütəxəssisliyi şirkətinin hesabatına görə, “Real Madrid” 2017-2018 mövsümündə 750,9 milyon avro ilə dünyada ən çox gəlir əldə edən klublar arasında ilk yerdə qərarlaşıb.

 

“Santiyaqo Bernabeu”nun yenilikləri:

66 min kv/km sahəsi olan stadionun ətrafında restoran, alış-veriş mərkəzləri, əyləncə salonları və idman mərkəzləri olacaq. Yeni stadionun inşasına 525 milyon avro xərclənəcək. Stadionun hündürlüyü 12 metr qaldırılacaq. Tribunadakı oturacaq sayı 3000 ədəd artırılaraq toplamda 82 min ədəd ediləcək. Meteoroloji şərtləri nəzərə alaraq stadionun üzərinin örtülməsi üçün yeni örtük quraşdırılacaq. (publika.az)



Digər xəbərlər

Xəbər xətti