İngiltərədə bir gündə 3 turun oyunu keçirildi - VİDEO

10:01 4 Aprel 2019

İngiltərə Premyer Liqasında 3 oyun keçirilib.

 

Sportarena.az xəbər verir ki, matçlardan ikisi 27-ci və 31-ci turdan təxirə salınmış oyunlar, biri isə 33-cü turun görüşü olub.Lider “Mançester Siti” öz meydanında “Kardif”i 2:0 hesabı ilə məğlub edib.

 

4 oyundur qalib gələ bilməyən “Tottenhem” “Kristal Palas”ı eyni hesabla məğlub edib.“Çelsi” isə “Brayton” üzərində 3:0 hesablı qələbə qazanaraq 5-ci pilləyə yüksəlib.

 

27-ci tur

“Çelsi” - “Brayton” - 3:0

Qollar: Jiru, 30, Hazard, 60, Loftus-Çik, 63

31-ci tur

“Tottenhem” - “Kristal Palas” - 2:0

Qollar: Son Hun Min, 55, Eriksen, 80

33-cü tur

“Mançester Siti” - “Kardiff” - 2:0

Qollar: De Brün, 6, Sane, 44

 

 


Xəbər xətti