Millimiz FİFA reytinqində mövqeyini qorudu

13:15 4 Aprel 2019

FIFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisi son siyahı ilə müqayisədə mövqeyini dəyişməyib. Nikola Yurçeviçinin rəhbərlik etdiyi kollektiv 1202 xalla 108-ci yerdə qalıb. Yığma hesabat dövründə AVRO-2020-nin seçmə mərhələsinin I turundan Xorvatiya kollektivinə səfərdə 1:2 hesabı ilə uduzub. Bakıda isə Litva komandası ilə yoldaşlıq görüşündə qolsuz heç-heçə edib.

 

Azərbaycan millisinin AVRO-2020-nin seçmə qrup mərhələsindəki rəqiblərinə gəldikdə, 1 pillə geriləyən Xorvatiya 1621 xalla 5-ci sıradadı. 1539 xalla 19-cu yerdə qərarlaşan Uelsin mövqeyi dəyişməyib. 3 pillə geriləyən Slovakiya 1482 xalla 32-cidi.

 

E qrupunda yeganə irəliləyən komanda Macarıstan olub. Bir pillə yüksələn kollektiv 1419 xalla 51-cidi. Azərbaycan millisi ilə qolsuz heç-heçə edən Litva isə 1102 xalla 132-ci sırada qalıb.

 

Qeyd edək ki, ilk "üçlük”də dəyişiklik olmayıb. Lider Belçikanı (1737 xal) Fransa (1734 xal) və Braziliya (1676 xal) izləyir. İki pillə irəliləyən Türkiyə 1457 xalla 39-cu sıradadı.


Digər xəbərlər

Xəbər xətti