"Neftçi" ilə "Zirə"nin 17-ci dueli

15:25 5 Aprel 2019

Azərbaycan Premyer Liqasının 23-cü turunda “Zirə” səfərdə “Neftçi” ilə qarşılaşacaq.
 

Sportarena.az xəbər verir ki, indiyədək 15 dəfə görüşən rəqiblərin duellərində “qartallar” üstünlüyə malikdir. 8 dəfə rəqibinə qalib gələn “Zirə” 5 heç-heçə edib və yalnız 2 görüşdə uduzub.
 

Rəqibin qapısından 18 top keçirən “Zirə” 11 qola üzülüb. Bu matçlarda “qartallar”ın 12 üzvü qol sevinci yaşayıb, bir dəfə isə rəqib avtoqola üzülüb. “Zirə”nin “Neftçi”ylə görüşlərdəki bombardiri Luis Alberto Diez 3 dəfə fərqlənib. Nelson Bonilla, Riçard Qadze və Vüsal İsgəndərli hərəyə 2 qol vurublar.
 

8-ci dəfə “Neftçi”nin qonağı olacaq “qartallar” indiyədək səfərdə uduzmayıb. Rəqib meydanındakı 7 oyunda 3 qələbə qazanan futbolçular 4 heç-heçə ediblər. Səfərdə 9 qola sevinən “Zirə” 6 top buraxıb.


“Neftçi” – “Zirə” görüşü sabah, saat 18:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti