Ronaldonun "Yuventus"a qazandırdığı məbləğ açıqlandı

16:13 5 Aprel 2019

"Yuventes" Kriştiano Ronaldonu heyətinə qatdıqdan sonra gəlirlərini daha da artırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə KPMG Qlobal İdman Məsləhətçiliyi Departameninin "Football Benchmark" qrupunun hesabatında qeyd edilir.Hesabatda bildirilir ki, transfer qiyməti və 4 illik maaşı da daxil olmaqla Ronaldo "Yuventus"a 340 milyon avroya başa gəlib. Lakin 34 yaşlı futblçunun gəlişindən sonra Turin klubunun gəlirləri kəskin şəkildə artıb.

 

Belə ki, ötən mövsüm klub matç gəlirlərindən 57 milyon avro əldə edib. Cari mövsüm başa çatmamış bu məbləğ 70 milyon avroya yüksəlib. 200 milyon avroluq yayım gəlirləri 245 milyon avroya yüksəlib. "Yuventus" ticarət gəlirlərini də 5 milyon avro artıraraq 200 milyona çatdırıb.  

 

Sosial mediada populiyarlığı yüksək səviyyəyə qalxan klubun rəsmi hesablarının izləyici sayı Ronaldonun gəlişindən sonra 50 milyon artıb.

 

Bir çox sahədə gəlirlərini artıran "Yuventus" portuqaliyalı ulduzun transferi sayəsində mövsümün sonunda gəlirlərini 515 milyon avroya çatdırmağı hədəfləyir. 


Xəbər xətti