“Qəbələ”dən məktəblilərlə növbəti görüş

18:44 5 Aprel 2019

Bu gün Qəbələ şəhəri, Vəndam qəsəbəsi 1 və 2 saylı orta məktəbdə cüdo idman növü üzrə Qəbələ bölməmizin baş məşqçisi Rail İsmayılov, fəal azarkeş Nəriman Mahmudzadə, futbolçular – Elvin Camalov və Lalavele Atakoranın iştirakı ilə şagirdlərlə görüş keçirilib. 

 

Sportarena.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, görüş zamanı çıxış edən Rail İsmayılov, Lalavele Atakora və Elvin Camalov məktəbliləri komandanın yanında olmağa, onu dəstəkləməyə çağırıblar.

 

Ardınca şagirdlər arasında klub barədə suallardan təşkil olunmuş müsabiqə keçirilib. Müsabiqənin qaliblərinə Lalavele Atakora və Elvin Camalovun imzalı forması təqdim olunub.


Xəbər xətti