"Sumqayıt" və "Neftçi" qələbə qazandı - YENİLƏNİB

20:11 6 Aprel 2019

Bu gün Topaz Premyer Liqasında XXIII tura star veriləcək.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.Günün ilk oyununda sonuncu pillədə qərarlaşan "Sumqayıt" evdə "Keşlə"nin müqavimətini qırmağa çalışacaq. Digər oyunda çempionluğa iddialı "Neftçi" "Zirə"ni qəbul edəcək.

 

Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - "Qarabağ" və "Sabah" - "Səbail" oyunları ilə yekun vurulacaq.

 

 

Premyer Liqa

2018/19 mövsümü

IV dövrə, XXIII tur

 

6 aprel

16.00 Sumqayıt - Keşlə  2-1 

Qollar: P.Babayi,4, S.Məsimov,42, C.Tağıyev,85

Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rauf Cabarov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

"Kapital Bank Arena”.

 

18.00 Neftçi - Zirə  4-2 

Qollar: Dabo,40,88, Krivotsyuk,44, Kqasvane,59,80, Namiq Ələsgərov,61

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Ələddin Ələkbərov.

"Bakcell Arena”.


Xəbər xətti