Emil Balayev kobud səhv etdi, komandası qalib gəldi - VİDEO

16:16 6 Aprel 2019

Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi Qazaxıstanın "Tobol" klubu Premyer Liqada növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, komanda "Aktobe"ni qəbul edib. Oyun "Tobol"un qələbəsi ilə yekunlaşıb - 2:1. Start heyətində yer alan Emil sonadək meydanda olub. Qolkiper 89-cu dəqiqədə öz səhvi nəticəsində qapısından top buraxıb. 

 

Bu nəticədən sonra xallarını 12-yə çatdıran "Tobol" 2-ci pillədə qalıb.

 

 


Digər xəbərlər

Xəbər xətti