"Keşlə" Tərlan Əhmədovun istefasını QƏBUL ETMƏDİ

13:07 8 Aprel 2019

"Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun istefası qəbul olunmayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Paytaxt təmsilçisinin rəhbərliyi 48 yaşlı mütəxəssislə yola davam etməyi məqsədəuyğun sayıb. T.Əhmədov bu gün "ASK Arena"da komandanı məşqə çıxardıb.

 

Qeyd edək ki, Premyer Liqanın XXIII turunda səfərdə "Sumqayıt”a 1:2 hesabı ilə uduzan "Keşlə” sonuncu – 8-ci pilləyə düşüb. T.Əhmədov oyundan sonra təşkil edilən mətbuat konfransında uğursuz nəticələr səbəbi ilə vəzifəsini tərk etmək istədiyini, bununla bağlı rəhbərliklə görüşəcəyini deyib (Report).


Xəbər xətti