Cavid İmamverdiyev: "Bu qələbə bizim üçün əla motivasiya olacaq"

12:30 9 Aprel 2019

"Bizim üçün vacib oyun idi. Bu matçadək son 7 qarşlaşmada qalib gələ bilməmişdik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Sabah"ın kapitanı Cavid İmamverdiyev klubun rəsmi saytına açıqlamasında deyib. Topaz Premyer Liqanın son turunda evdə "Səbail" 3:1 hesabı ilə məğlub etdikləri oyun barədə fikirlərini bölüşən yarımmüdafiəçi bu qələbənin komanda üçün yaxşı motivasiya olacağını bildirib:

 

"Oyuna yaxşı başlamadıq. Lakin erkən qol buraxsaq da, ruhdan düşmədik. Uşaqlar xarakter nümayiş etdirdilər. Son oyunlarda qalib gələ bilmədiyimizi nəzərə alanda, bu qələbə yerinə düşdü. Qalibiyyətə qolla töhfə verdiyimə görə sevinirəm. Bu qələbə bizim üçün əla motivasiya olacaq. Qarşıdakı oyunlara daha həvəslə hazırlaşacağıq".


Digər xəbərlər

Xəbər xətti