“Çelsi”nin futbolçusu sərxoş halda qəza törətdi

13:00 9 Aprel 2019

İngiltərənin “Çelsi” klubunun futbolçusu Denni Drinkuoter həbs olunub.

 

Sportarena.az xəbər verir ki, buna onun sərxoş vəziyyətdə avtomobil idarə etməsi səbəb olub.Britaniya mətbuatının yazdığına görə, futbolçu sərxoş halda maşın sürərkən qəzaya da səbəb olub. Başqa bir avtomobillə toqquşma zamanı sürücülər ciddi xəsarət almasa da, maşınlar sıradan çıxıb. 

 

Hazırda həbsdə saxlanılan London klubunun futboçusu ilə bağlı yekun qərarın necə olacağı bilinmir. Araşdırmalar davam edir.


Digər xəbərlər

Xəbər xətti