Naxçıvan final oyununa ev sahibliyi edəcək? - PFL-dən rəsmi açıqlama

15:35 9 Aprel 2019

2018/19 mövsümü üçün Azərbaycan kubokunun final oyunu Naxçıvanda keçirilə bilər.

 

Sportarena.az xəbər verir ki, bu haqda qol.az-a Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. O, bununla əlaqədar Naxçıvanın Gənclər və İdman Nazirliyinə müraciət olunduğunu söyləyib. Müsbət cavab alınacağı halda final üçün təşkilati hazırlıqlara başlanacaq.

 

Budəfəki finalın keçirilməsi üçün digər variantlar Bakı və Qəbələ olub. Amma sonda PFL Naxçıvan şəhərinin üzərində dayanıb.

 

Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 19-da keçiriləcək.

 

Xatırladaq ki, Naxçıvan 2017-ci ildə Azərbaycan kubokunun həlledici oyununa ev sahibliyi edib. Həmin görüşdə "Qarabağ” "Qəbələ”yə 2:0 hesabı ilə qalib gəlib.


Xəbər xətti