"Kobra" rinqə çıxır - Tarix açıqlandı

13:40 10 Aprel 2019

“Vendetta Fights” peşəkar kikboksinq turniri keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, ölkəmizi bu turnirdə 6 qat dünya çempionu, Pərviz Abdullayev təmsil edəcək.“Kobra” ləqəbli idmançı 77 kq çəki dərəcəsində mübarizə aparacaq.

 

“Qəbələ” İdman Klubunun təmsilçisinin rəqibi Albaniyadan olan Şkodaran Veselidir.

 

Qeyd edək ki, aprelin 13-də Turkiyədə keçiriləcək qarşılaşma 21:00-da start götürəcək və qardaş ölkənin TV8,5 kanalından canlı yayımlanacaq.


Xəbər xətti