"Məni ən çox cəlb edən məşqçi kimi çalışmaq fürsəti idi" - Maykl Essyen

14:05 10 Aprel 2019

"Səbail"in yeni transferi - ulduz futbolçu Maykl Essyen "goal.com"a açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Azərbaycan klubunu seçməyinin səbəbini açıqlayıb: "UEFA-nın Bakıdakı tədbirində iştirak edən zaman bu klubun prezidenti ilə tanış oldum. Mənə gələcək planlardan bəhs edildi. Oynamaqla yanaşı, mənə məşqçilik də təklif edildi. Bundan təsirləndim. Bu təklifdə məni ən çox cəlb edən məşqçi kimi çalışmaq fürsəti idi".

 

Qeyd edək ki, Qana millisinin sabiq üzvü "Səbail"lə 1,5 illik müqavilə bağlayıb.


Digər xəbərlər

Xəbər xətti