Nurməhəmmədov Ronaldodan danışdı: "Hər matçdan sonra yazışırıq"

11:37 11 Aprel 2019

Rusiyanın qarışıq əlbəyaxa döyüş növləri ustası Həbib Nurməhəmmədov “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo ilə olan münasibətlərindən danışıb.

 

Sportarena.az xəbər verir ki, Nurməhəmmədov hər matçdan sonra K.Ronaldo ilə yazışdığını, ancaq təhlükəsizlik məsələlərinə görə onu Dağıstana dəvət etməyi planlaşdırmadığını söyləyib.  

 

“Bura gəlsə, onun mühafizəsini təşkil etməli olacağam. Onun həyatına cavabdehlik daşıya biləcəyimə əmin deyiləm. Öz istəyi ilə istənilən vaxt gələ bilər. Burada onu qarşılamağa şad olaram”, - deyə Nurməhəmmədov bildirib.

 

Rusiyalı idmançı portuqaliyalı futbol ulduzu ilə “Instagram”da tanış olub. 2018-ci ilin fevral ayında idmançılar görüşərək, bir-birilə hədiyyə mübadilə etmişdilər: rusiyalı “Yuventus” forvardına papaq hədiyyə edib, qarşı tərəf isə ona imzalı futbolkasını təqdim edib.


Digər xəbərlər

Xəbər xətti