"Real"ın ulduz futbolçusu aparıcı ilə evlənməyə hazırlaşır - FOTOLAR

12:57 11 Aprel 2019

"Real"ın və İspaniya millisinin üzvü Serxio Ramos evlənməyə hazırlaşır. 

 

Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, futbolçu və TV aparıcı Pilar Rubionun toy mərasimi bu yay Sevilyada baş tutacaq. 7 ildi birlikdə olan cütlüyün 3 övladı var. 

 

Qeyd edək ki, "İlin toyu" adlandırılan mərasimdə bəzi qadağalar olacaq. Bunlardan biri mobil telefonla bağlıdı. Belə ki, qonaqlara mərasim zalına telefonla daxil olmaq qadağan ediləcək. Bu barədə Pilar Rubio məlumat verib: "Mobil telefonları girişdə alıb, etibarlı yerdə saxlayacağıq. Hər kəsin rahat olmasını istəyirik. Bu səbəbdən salona telefonla girişə icazə verməyəcəyik".



Digər xəbərlər

Xəbər xətti