Vüqar Əsgərov qol vurdu, komandası heç-heçə etdi - VİDEO

12:41 11 Aprel 2019

Latviya çempionatında 5-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” səfərdə “Ventspils”lə 1:1 hesablı heç-heçə edib.

 

Azərbaycanlı futbolçular oyuna start heyətdə çıxıb. Vüqar 90 dəqiqə meydanda olub, Bayramlı 67-ci, Sərkərov isə 73-ci dəqiqədə əvəzlənib.

 

Komandanın yeganə qolunu Vüqar Əsgərov vurub. Millimizin sabiq hücumçusu 22-ci dəqiqədə bərabərlik qoluna imza atıb.

 

 


Digər xəbərlər

Xəbər xətti