Addım-addım çempionluğa: "Traktor" sabah qalib gəlsə...

18:10 11 Aprel 2019

Təbrizin şanlı “Traktor Sazi” komandası növbəti sınağına hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan təmsilçisi İran liqasının 25-ci həftəsi çərçivəsində Rəşt təmsilçisi “Sepid rud” ilə üz-üzə gələcək.Görüş aprelin 12-i, Təbriz vaxtı ilə saat 17:00-da Rəştin “Sərdar Cəngəl” stadionunda baş tutacaq.

 

Qeyd edək ki, hazırda 49 xalla turnir cədvəlinin 2-ci yerində qərarlaşan “Traktor Sazi” komandası super liqa yarışlarının çempionu olmağa ən iddialı komandalardan biridir. O, hazırda liderdən cəmi 2 xal geridə qalır.


Digər xəbərlər

Xəbər xətti