Azərbaycanlı futbolçu Moskvada turistin burnunu qırdı - VİDEO

Sportarena.az      12 Aprel 2018, 17:40

Moskva “Spartak”ının azərbaycanlı futbolçusu Ayaz Quliyev qalmaqalla gündəmə gəlib.

 

Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi ABŞ-lı turisti döyüb.Belə ki, Quliyev öz avtomobili ilə Moskva küçələrinin birində işıqforun qırmızı işığına məhəl qoymayaraq sürətlə yolu keçib. O, piyada zolağında hərəkət edən Maykl Couns Eli adlı amerikalı turisti avtomobillə vurmaqdan son anda xilas olub.

 

Ayaz maşından enərək piyadaya irad bildirib. Turist ona cavab qaytardıqda isə futbolçu yumruqla vuraraq onun burnunu qırıb.Hadisə yerinə polis və təcili tibbi yardım gəlib. Quliyev isə sonradan turistdən üzr istəyib, müalicə xərclərini qarşılayıb. O, Couns Elidən polisə şikayətçi olmamasını istəyib.

 

Rusiya mətbuatının yazdığına görə, Ayaz aldığı yeni avtomobillə 200-ə yaxın qayda pozuntusuna yol verib. Onun ödəmədiyi cərimələri də çoxdur.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin